Zaqatalada güclü külək ciddi fəsadlar yaradıb
Hadisə
- 22 iyun, 2026
- 15:28
Zaqatala rayonunda güclü külək bir neçə kənddə ciddi fəsadlar yaradıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, əlverişsiz hava şəraiti rayonun Maqov kəndinə daha çox zərər vurub.
Ötən gün axşam saatlarında güclənən külək səbəbindən Maqov kəndində, həmçinin həmin inzibati əraziyə daxil olan Abaylı və Yolayrıc kəndlərində irigövdəli ağaclar aşıb, kommunikasiya xətləri zədələnib, fərdi təsərrüfatlara ziyan dəyib, bir neçə evin və mal tövləsinin damları qismən uçub.
Eyni zamanda, Zaqatala-Maqov-Danaçı-Aşağı Çardaqlar avtomobil yolu ağacların yola aşması nəticəsində bir müddət bağlı qalıb.
Hazırda aidiyyəti qurumların ənəkdaşları tərəfindən kommunikasiya xətlərinin bərpası və yolun açılması istiqamətində tədbirlər görülür.
Son xəbərlər
18:01
Aİ Britaniyanın birliyə yenidən qoşulması ehtimalını şərh etməkdən imtina edib
Digər ölkələr18:01
Naxçıvanda Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb
Fərdi17:52
Qətərdə qaz emalı zavodunda baş verən partlayışda 13 nəfər ölüb - YENİLƏNİB-2
Digər ölkələr17:52
Aydın Süleymanlı: "Maqnus Karlsenə qalib gəldiyimə inana bilmirdim"
Fərdi17:51
Madyar "Odla təmizlənmə" əməliyyatını elan edib, Prezidentin səlahiyyətləri dayandırılır
Digər ölkələr17:50
Foto
Azərbaycan və Türkmənistan gömrük əməkdaşlığını genişləndirmək istəyir
Biznes17:34
Hindistanda baş verən yanğın nəticəsində 15 nəfər ölüb
Digər ölkələr17:25
ADSEA: Tənzimləmə işləri yekunlaşmaq üzrədir
İnfrastruktur17:21