Azərbaycanın stolüstü tennisçiləri VI İslam Həmrəyliyi Oyunlarında daha bir mükafat qazanıblar

Fərdi
  • 13 noyabr, 2025
  • 12:57
Azərbaycanın stolüstü tennisçiləri VI İslam Həmrəyliyi Oyunlarında daha bir mükafat qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında daha bir mükafat qazanıblar.

"Report" xəbər verir ki, qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Qeyd edək ki, daha əvvəl qadınlardan ibarət komanda yarışın bürünc mükafatına layiq görülmüşdü.

Son xəbərlər

Bütün Xəbər Lenti