Azərbaycanın daha bir boksçusu dünya çempionatında yarımfinala vəsiqə qazanıb
Fərdi
- 11 sentyabr, 2025
- 09:19
İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatında yarımfinalçıların adlarına aydınlıq gəlib.
"Report" xəbər verir ki, Azərbaycan millisinin heyətində Alfonso Dominqesin ardınca Səidcəmşid Cəfərov (75 kq) da 1/4 final mərhələsini qələbə ilə başa vurub.
O, Pavlo İlliuşa (Ukrayna) ilə qarşılaşıb. Cəfərov 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesablı qələbə qazanıb. Bu qalibiyyət sayəsində Səidcəmşid özü üçün azı bürünc medalı da təmin edib.
Boksçu yarımfinalda özbəkistanlı Fazliddin Erkinboyevlə döyüşəcək. Görüş sentyabrın 12-də keçiriləcək. Həmin gün Alfonso Dominqesin rəqibi isə braziliyalı Santos Ribeyro Filyo olacaq.
Qeyd edək ki, mundiala sentyabrın 14-də yekun vurulacaq.
Son xəbərlər
10:30
Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb
Maliyyə10:28
Hüseyn Abdullayev vəkilinin verdiyi kassasiya şikayətini geri götürüb
Hadisə10:28
ASCO-nun "Bərdə" gəmi-bərəsi təmir olunaraq istismara qaytarılıb
İnfrastruktur10:28
Mürsəl İbrahimov Abşeron rayonunda vətəndaş qəbulu keçirəcək
Daxili siyasət10:27
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çelenc Kubokunun oyununa təyinat alıb
Komanda10:21
Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb
İnfrastruktur10:20
Azərbaycanda yanvarda 3 754 şəxsə pensiya təyin edilib
Sosial müdafiə10:19
AMEA adlarla bağlı tövsiyə kitabı hazırlayacaq
Elm və təhsil10:14