Azərbaycan cüdoçularının Qran-pridəki ilk rəqibləri müəyyənləşib
- 17 oktyabr, 2025
- 09:27

Azərbaycan cüdoçularının Meksikanın Qvadalaxara şəhərində təşkil olunacaq Qran-pri turnirindəki ilk rəqibləri müəyyənləşib.
"Report" Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəni yarışda 7 çəki dərəcəsində 11 idmançı təmsil edəcək.
Turnirdə 33 ölkədən 231 (142 kişi, 89 qadın) cüdoçu iştirak edəcək.
Kişilər
1/16 final
66 kq
Yaşar Nəcəfov – Georgios Balarcişvili (Kipr)
81 kq
Vüsal Qələndərzadə – Xorxe Peres (Çili)
1/8 final
60 kq
Əhməd Yusifov – İsrael Kruzalta (Meksika)
Balabəy Ağayev – Maksim Merlin (Fransa)
66 kq
Ruslan Paşayev – Romarik Vend-Yam Buda (Fransa) / Finley Allan (Böyük Britaniya) cütünün qalibi
73 kq
Hidayət Heydərov – Valtteri Olin (Finlandiya)
Rəşid Məmmədəliyev – Ulises Mendes (Meksika)
81 kq
Zelim Tçkayev – Xose Mariya Mendiola İskyeta (İspaniya) / Hilberto Kardoso (Meksika) cütünün qalibi ilə
90 kq
Murad Fətiyev – Aaron Santamariya Rodriqes (İspaniya)
100 kq
Zelim Kotsoyev – İosif Simin (İsrail)
+100 kq
Uşanqi Kokauri – Marven Qado (Monako)