Ukrayna ABŞ-dən HHM sistemləri, raketlər, "F-16" təyyarələri istəyir

Digər ölkələr
  • 17 oktyabr, 2025
  • 11:53
Ukrayna ABŞ-dən HHM sistemləri, raketlər, F-16 təyyarələri istəyir

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin "Lockheed Martin" müdafiə şirkətinin nümayəndələri ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri ölkə liderinin mətbuat xidmətinə istinadən bildirib.

"Prezident Ukraynanın hava hücumundan müdafiə sistemləri (HHM) və onlar üçün raketlər, həmçinin "F-16" təyyarələrinə olan ehtiyacları barədə məlumat verib.

"Lockheed Martin"in nümayəndələri şirkətin istehsal imkanları barədə danışıblar", - məlumatda deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti