Azərbaycan badmintonçusu: "Qızıl medal qazana bilmədiyim üçün təəssüflənirəm"

Fərdi
  • 05 oktyabr, 2025
  • 11:59
Azərbaycan badmintonçusu: Qızıl medal qazana bilmədiyim üçün təəssüflənirəm

Azərbaycan badmintonçusu Leyla Camalzadə III MDB Oyunlarının finalında qızıl medal qazana bilmədiyi üçün təəssüflənib.

"Report"un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, idmançı bunu jurnalistlərə açıqlamasında deyib.

O, zədəsinin də nəticəyə təsir etdiyini söyləyib:

"III MDB Oyunlarında gümüş medala sahib çıxdım. Qızıl medal qazana bilmədiyim üçün təəssüflənirəm. Finala çıxmaq özü də böyük bir şeydir. Qızıl medal qazanmağa yaxın idim. Texniki səhvlərə yol verdim, həmçinin fiziki durumda çatışmazlıq var idi. 1/4 finalda zədələnmişdim. Bunun da təsiri oldu. Rusiyalı rəqibim çox güclü olsa da, ondan geri qalmırdım. Təəssüf ki, məğlub oldum. İnşallah, növbəti dəfə daha yüksək nailiyyət əldə edərəm".

Qeyd edək ki, idmançı finalda rusiyalı rəqibi Marina Tarasovaya 0:2 hesabı ilə məğlub olub. Azərbaycan badmintonçuları III MDB oyunlarını bir gümüş, 6 bürünc medalla bitiriblər.

Son xəbərlər

Bütün Xəbər Lenti