Antonio Silva: "Strateji Əməkdaşlıq Memorandumu Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir"

Fərdi
  • 22 sentyabr, 2025
  • 13:26
Antonio Silva: Strateji Əməkdaşlıq Memorandumu Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir
Antonio Silva

Üzgüçülüyün İnkişafı üzrə Strateji Əməkdaşlıq Memorandumu təkcə Avropa deyil, Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki bunu Avropa Su İdmanı Federasiyasının prezidenti Antonio Silva Üzgüçülüyün İnkişafı üzrə Strateji Əməkdaşlıq Memorandumunun imzalanma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanda üzgüçülüyün inkişafı üçün dəstək göstərəcəklərini bildirib:

"Bu təkcə Avropa deyil, Azərbaycan üçün də çox böyük əhəmiyyət kəsb edir. Üzgüçülüyün inkişafı üçün bütün resurslarımızı səfərbər etmək istəyirik. Bu yalnız təhsil deyil, tədqiqat istiqamətində də vacibdir. İnkişaf üçün bizə mütləq şəkildə elmi tədqiqatlar lazımdır. Bunun üçün həm magistr, həm də doktorantura tələbələrinə qrantların verilməsi nəzərdə tutulub. Belədə yeni təşəbbüslərə də imza ata biləcəyik".

Qeyd edək ki, bu gün Memorandumu Avropa Su İdmanı Federasiyasının prezidenti Antonio Silva, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev və Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli imzalayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti