Ötən il “SOCAR Karbamid” istehsalını 51 %-dən çox artırıb

Energetika
  • 15 dekabr, 2023
  • 07:11
Ötən il “SOCAR Karbamid” istehsalını 51 %-dən çox artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) zavodu “SOCAR Karbamid” 2022-ci ildə 537,1 min ton karbamid məhsulu istehsal edib.

Bu barədə “Report” SOCAR-ın 2022-ci ilin hesabatına istinadən xəbər verib.

Hesabata əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 51,2 % çoxdur.

İstehsal olunmuş məhsuldan 506,7 min tonu satılıb, bu da daha əvvəlki illə müqayisədə 36,2 % çoxdur.

Satılan məhsulun 146,3 min tonu (29 %) daxili bazarda realizə olunub, 360,4 min tonu (71 %) isə ixrac edilib.

Bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 4 dəfə11,4 % çoxdur.

Karbamid məhsulunun əsas ixrac istiqamətləri Bolqarıstan, Rumıniya, Hindistan, Braziliya, Türkiyə və Polşa olub.

Qeyd edək ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.