Ötən il Azərbaycan 295 mln dollarlıq neft məhsulları ixrac edib
Energetika
- 15 yanvar, 2021
- 14:14
2020-ci il ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 1 063 868,13 ton həcmində neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 295,1 mln. ABŞ dolları təşkil edib.
Ötən il ixrac olunmuş neft məhsullarının miqdarı daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə həcm baxımından 8,6 % çoxdur, dəyəri isə 36,2 % azdır.
Ötən il ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,15 % olub.
Son xəbərlər
06:38
Rudi Qarsiya: "Bir daha göstərdik ki, Belçika böyük futbol ölkəsidir"
Futbol06:12
"Ən-Nəhar": Livan Prezidenti İsraillə danışıqları yekunlaşdırmaq üçün ABŞ-yə gedəcək
Digər ölkələr06:10
ABŞ - Belçika oyununun ən yaxşısı Şarl de Ketelare seçilib
Futbol05:59
DÇ-2026: Belçika ABŞ millisini məğlub edərək 1/4 finala adlayıb - YENİLƏNİB-7
Futbol05:32
Albaniya İraq Kürdüstan Regionu ilə əməkdaşlıq etmək istəyir
Digər ölkələr05:03
Barak Ravid: SEPAH Hörmüz boğazında gəmiləri raket atəşinə tutub
Region04:43
Baş məşqçi Roberto Martines Portuqaliya millisindən ayrılıb
Futbol04:38
Malatyadakı silahlı insidentlərdə yaralananlar var
Region04:04