OPEC Fondu: "Xızı-Abşeron" KES Azərbaycanın enerji keçidinə doğru atdığı mühüm addımdır"

Energetika
  • 07 noyabr, 2025
  • 14:28
OPEC Fondu: Xızı-Abşeron KES Azərbaycanın enerji keçidinə doğru atdığı mühüm addımdır

OPEC Fondu Azərbaycanda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KES) tikintisi layihəsinin əsas tərəfdaşı olmaqdan qürur duyur, ölkənin bərpa olunan enerji mənbələrinə keçidini dəstəkləyir, belə layihələrdə xarici investisiyaların və özəl sektorun daha fəal iştirakını təşviq edir.

"Report" xəbər verir ki, bu barədə fondun "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

Paylaşımda qeyd olunur ki, OPEC Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifənin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər zamanı "ACWA Power" şirkətinin işləyib hazırladığı və fondun 50 milyon ABŞ dolları məbləğində kredit hesabına qismən maliyyələşdirdiyi Qobustanda "Area-1" KES-ə baş çəkib.

"240,5 MVt gücündə Xızı-Abşeron külək enerjisinin inkişafı layihəsinin bir hissəsi olan bu mühüm layihə 300 mindən çox ev təsərrüfatını elektrik enerjisi ilə təmin etmək üçün kifayət qədər elektrik enerjisi istehsal etməyə, eləcə də karbon tullantılarını ildə təxminən 400 min ton azaltmağa imkan verəcək", - OPEC Fondundan qeyd ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti