OPEC+ çərçivəsində neft hasilatı kvotadan artıq azaldılıb
Energetika
- 15 oktyabr, 2020
- 10:45
OPEC+ formatının iştirakçı ölkələri hasilatın ixtisarına dair məlum razılaşma sentyabr ayında 102 faiz səviyyəsində icra olunub.
“Report” xəbər verir ki, OPEC+ Texniki Komitəsinin bugünkü iclası üçün hazırlanmış hesabata əsasən, OPEC üzv ölkələri tərəfindən razılaşma 105 faiz, qeyri-OPEC ölkələri isə 97 faiz yerinə yetirib.
Bununla da razılaşmanın iştirakçı ölkələri ötən ay bazara gündəlik 7,65 milyon barel az neft çıxarıb. Bunun 5,1 milyon bareli OPEC ölkələrinin, 2,73 milyon bareli isə qeyri-OPEC ölkələrinin payına düşür.
Qeyd edək ki, razılaşmanın yerinə yetirilməsi OPEC+ Nazirlər Monitorinq Komitəsinin oktyabrın 19-da vedeo formatında keçiriləcək iclasında müzakirə olunacaq.
Son xəbərlər
17:07
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 18 % artıb
Maliyyə17:03
İyunda Azərbaycanın dövlət sərhədini pozan 21 nəfər saxlanılıb
Daxili siyasət17:01
Ötən ay Azərbaycandan çıxışı qadağan edilmiş 825 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb
Daxili siyasət17:01
İyunda dövlət sərhədində 4 milyon 830 min 558 manat оlan qaçaqmal tutulub
Hadisə17:00
Ötən ay PUA ilə dövlət sərhədindən keçirilən 47 kiloqram narkotik aşkarlanıb
Daxili siyasət16:53
Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir
Xarici siyasət16:51
"AzerGold"un ixrac gəlirləri 31 %-dən çox artıb
Sənaye16:46
"Qarabağ" yoxlama oyununda Ukraynanın "Xarkov" komandasına uduzub
Futbol16:44