Neft yenə də ucuzlaşdı
Energetika
- 06 sentyabr, 2021
- 12:12
“Saudi Aramco” şirkəti tərəfindən Asiya müştəriləri üçün oktyabr ayında satış qiymətlərinin azalacağına dair verilmiş açıqlamadan sonra bu gün dünya neft bazarında qiymətlər azalıb.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 14.37-ə olan vəziyyətə görə “Brent” markalı neftin noyabr fyüçersləri 0,66 % ucuzlaşaraq 72,13 ABŞ dollarından, “WTI” markalı neftin oktyabr fyüçersləri də 0,65 % ucuzlaşaraq 68,83 ABŞ dollardan satılıb.
Qeyd edək ki, “Aramco” istinad rolu oynayan “Arab Light” markalı neftin qiymətini ekspertlərin güman etdiyi 0,6 ABŞ dollara qarşı 1,3 ABŞ dolları aşağı salıb. Bu qərar OPEC+ tərəfindən gündəlik hasilatın bundan sonra da hər ay 400 min barel artırılacağını açıqlamasından bir neçə gün sonra verilib.
Son xəbərlər
23:32
Klaas Knot Avropa Mərkəzi Bankının prezidenti ola bilər
Digər ölkələr23:18
Tbilisi-Bakı qatarı gecikmə ilə yola düşüb
İnfrastruktur23:09
Pezeşkian: ABŞ ilə İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi
Region23:08
Foto
Video
Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub olub - YENİLƏNİB-6
Futbol22:41
İspaniya və Ekvador narkotik şəbəkəsinə qarşı ən böyük əməliyyat keçirib
Digər ölkələr22:31
Bakıda məscid ərazisində baş verən yanğın söndürülüb - YENİLƏNİB
Hadisə22:18
Qəribabadi: ABŞ öz öhdəliklərini yerinə yetirməyə hazırdır
Region21:39
Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib
Maliyyə21:26