“Marathon Petroleum” 9,9 milyard dollarlıq kəskin zərərlə üzləşib
Energetika
- 06 iyul, 2021
- 12:39
ABŞ-ın neft emalı, satışı və nəqlini həyata keçirən “Marathon Petroleum Corporation” 2020-ci ildə maliyyə itkisi ilə üzləşib.
"Report"un şirkətin maliyyə hesabatına əsasən verdiyi məlumatına görə, şirkət ötən ili 9,9 milyard xalis zərərlə başa vurub.
Bildirilib ki, şirkət 2019-cu ildə 2,3 milyard dollar mənfəət əldə edib. Hesabata görə, “Marathon Petroleum Corporation”ın ötən ilki zərəri 2019-cu ildə əldə edilən mənfəəti üç dəfəyə qədər üstələyib.
Qeyd edək ki, 2020-ci ildə ümumi gəliri 111,9 milyard dollar olan şirkətin 2019-cu ildə əldə etdiyi ümumi gəlirlərin həcmi də 38,3 faiz azalaraq 69,03 milyard dollara bərabər olub.
Qeyd edək ki, “Marathon Petroleum Corporation” şirkəti ABŞ-ın enerji sektorunda 1887-ci ildən fəaliyyət göstərir.
Son xəbərlər
21:39
Makron NATO sammitində iştirak üçün Türkiyəyə gəlib
Region21:34
Foto
DÇ-2026: Misir Argentina qarşısında üstünlüyünü möhkəmləndirib - YENİLƏNİR-4
Futbol21:30
Dünyada neft hasilatı ilin sonunadək müharibədən əvvəlki göstəricilərə yaxınlaşacaq
Digər ölkələr21:27
Foto
UEFA Çempionlar Liqası: "Sabah" TNS ilə oyunda hesabı açıb - YENİLƏNİR-3
Futbol21:13
Lionel Messi dünya çempionatları tarixində antirekorda imza atıb
Futbol20:58
ABŞ bu il üçün ölkədə neft hasilatı proqnozunu gündəlik 60 min barel artırıb
Digər ölkələr20:31
Kanada Ukraynaya 900 milyon dollarlıq yardım paketi təqdim edəcək
Digər ölkələr20:25
Foto
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib
Hadisə20:21