UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib - YENİLƏNİB-5

Futbol
  • 07 iyul, 2026
  • 21:54
UEFA Çempionlar Liqası: Sabah TNS komandasını məğlub edib - YENİLƏNİB-5

"Sabah" UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb.

"Report"un məıumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edib.

Masazırdakı "Bank Respublika Arena"da baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

66-cı dəqiqədə Velko Simiç, 84-cü dəqiqədə Kahim Parris fərqlənib.

Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə keçiriləcək.

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS (Uels) oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.

Kahim Parris 84-cü dəqiqədə fərqlənib.

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS (Uels) oyununda hesab açılıb.

"Report"un məlumatına görə, matçda ilk qolu Azərbaycan çempionu vurub.

Velko Simiç 66-cı dəqiqədə fərqlənib.

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS (Uels) oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hələlik matçda hesab açılmayıb.

Qarşılaşma "Bank Respublika Arena"da keçirilir.

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS (Uels) oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Qarşılaşma "Bank Respublika Arena"da keçirilir.

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS (Uels) matçı start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.

Görüşü polşalı referi Patrik Qriskieviç idarə edir.