Macarıstan "Shell" ilə 10 illik qaz tədarükü müqaviləsi imzalayıb - YENİLƏNİB
- 09 sentyabr, 2025
- 19:46

Macarıstan "Shell" şirkəti ilə 2026-cı ildən başlayaraq hər il 2 milyard kubmetr qaz tədarükü üçün 10 illik müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkələrdə məlumat verib.
"Bu, təbii qazın alınması üzrə Qərb tədarükçüsü ilə indiyə qədər bağlanmış ən böyük və ən uzunmüddətli müqavilədir. "Shell" ilə müqavilə mövcud olanları saxlamaqla, ölkəmizə yeni tədarük mənbələri cəlb etməyə imkan verəcək", - o yazıb.
P. Siyarto qeyd edib ki, "Shell" ilə müqavilə mövcud mənbələrə yeni həcmlər əlavə etməklə, ölkənin qaz balansını qismən şaxələndirməyə imkan verəcək.
Macarıstan öz tarixində ən uzunmüddətli qaz alışı müqaviləsinin imzalanacağını elan edib.
"Report" xəbər verir ki, müvafiq bəyanatı Macarıstan xarici işlər naziri Peter Siyarto verib.
"Bu gün biz təbii qazın alınmasına dair növbəti uzunmüddətli müqavilə imzalayırıq. Bu, qərb istiqamətindən təbii qaz alışı üzrə bizim ən uzunmüddətli müqaviləmiz olacaq", - o, sosial şəbəkələrdə yazıb.