Lord: "Böyük Britaniya Azərbaycanın BOEM potensialının üzə çıxarılmasında əsas tərəfdaş ola bilər"

Energetika
  • 29 oktyabr, 2025
  • 18:46
Lord: Böyük Britaniya Azərbaycanın BOEM potensialının üzə çıxarılmasında əsas tərəfdaş ola bilər

Azərbaycan külək, günəş və hidrogen enerjisi sahəsində böyük potensiala malikdir və Böyük Britaniya onun üzə çıxarılmasında əsas tərəfdaş ola bilər.

Bunu "Report"a müsahibəsində Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Con Alderdays bildirib.

C.Alderdays xatırladıb ki, BP şirkəti artıq Azərbaycanda bərpa olunan enerji və dekarbonizasiya sahəsində ilk layihəsini - "Şəfəq" günəş elektrik stansiyası və Səngəçal terminalının elektrikləşdirilməsi layihəsini başladıb.

"Bu, Böyük Britaniya və Azərbaycan arasında çoxillik enerji tərəfdaşlığının təmiz və davamlı enerjiyə doğru necə inkişaf etdiyini göstərən vacib addımdır", - lord qeyd edib.

Ticarət elçisi ümidvar olduğunu deyib ki, bu layihənin uğuru Britaniyanın digər şirkətləri üçün nümunə olacaq və onlar "yaşıl enerji" dəhlizlərinin inkişafı, dənizdə külək və hidrogen enerjisi, şəbəkələrin modernləşdirilməsi və enerji səmərəliliyinin artırılması kimi sahələrdə əməkdaşlıq imkanlarını öyrənə biləcəklər.

"Ölkəmiz irimiqyaslı bərpa olunan enerji layihələrində dərin biliklərə malik aparıcı mühəndislik, layihə və konsaltinq şirkətlərinin vətənidir. Britaniya şirkətləri konseptual layihələndirmə, texniki-iqtisadi əsaslandırma və enerji sistemlərinin inteqrasiyası sahəsində güclüdür – bunlar enerji keçidi prosesinə investisiyaların artırılması üçün Azərbaycana lazım olan sahələrdir", - C.Alderdays vurğulayıb.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Son xəbərlər

Bütün Xəbər Lenti