"Günəşli" yatağında 3 quyu istismara verilib
Energetika
- 30 mart, 2017
- 10:12
Bakı. 30 mart. REPORT.AZ/ “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə fəaliyyətsiz fondda olan quyuların təmiri üzrə ardıcıl tədbirlər həyata keçirir.
“Report” SOCAR-a istinadən xəbər verir ki, “Günəşli” yatağında iki həftə ərzində 19 saylı dərin dəniz özülündə 28 nömrəli quyu, 8 saylı dərin dəniz özülündə 288 nömrəli quyu, 13 saylı dərin dəniz özülündə isə 352 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Quyular ümumilikdə gündəlik 150 ton neft və 100 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
İstismar işləri Birliyin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Son xəbərlər
06:01
DÇ-2026: İspaniya Uruqvayı məğlub edərək qrupunu birinci sırada bitirib - YENİLƏNİB-4
Futbol06:01
DÇ-2026: Üçüncü oyununda da uduzmayan Kabo Verde pley-offa yüksəlib - YENİLƏNİB-3
Futbol05:21
Livan ordusu Beyrutun mərkəzinə nəzarəti bərpa edib
Region04:47
Dünya çempionu Peti bütün medallarını itirib
Futbol04:16
Qrem Arnold: "İraq yığmasının dünya çempionatına vəsiqə qazanması möcüzə idi"
Futbol04:16
Texasda rançodan qaçan zürafə iki həftədir tapılmır
Maraqlı03:54
Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"
Futbol03:41
ABŞ təyyarəsi İrana zərbələrdən sonra Fars körfəzində patrul xidməti həyata keçirir
Region03:41