Engel Tastan: "Azərbaycanın stabil enerji sistemi investorlar üçün əlverişli şərait yaradır"

Energetika
  • 25 sentyabr, 2025
  • 15:22
Engel Tastan: Azərbaycanın stabil enerji sistemi investorlar üçün əlverişli şərait yaradır

Azərbaycanın sabit enerji sistemi investorlar üçün əlverişli şərait yaradır.

"Report" xəbər verir ki, bunu "GoodWe" şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə ölkə meneceri Engel Tastan Bakıda keçirilən "Yaşıl enerji həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.

"Azərbaycanın elektrik enerjisini ötürmə sistemi sabitdir və hökumət yüksək səviyyəli generasiyanı təmin edir. Sabit enerji sistemi investorların sərmayə qərarları verərkən ilk növbədə diqqət etdikləri əsas amillərdən biridir", - E.Tastan qeyd edib.

O vurğulayıb ki, bərpa olunan enerji mənbələri bazarının inkişafı üçün günəş və külək enerjisinin istehsalı ilə yanaşı, həm də tənzimləmə məsələlərinə diqqət yetirmək lazımdır.

"Bu məsələlərin ekspertlərin iştirakı ilə müzakirəsi və investorlar üçün səmərəli qaydaların hazırlanmasında təcrübə mübadiləsi optimal həll yolu olacaq. Bu, etimadı qazanmağa və daha çox sərmayə cəlb etməyə imkan verəcək", - ölkə üzrə menecer əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti