Energetika naziri Samuxda vətəndaşları qəbul edib

Energetika
  • 12 sentyabr, 2025
  • 16:37
Energetika naziri Samuxda vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov Samux rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

"Report" Energetika Nazirliyə istinadən xəbər verir ki, qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma, sayğacların quraşdırılması, elektrik dirəklərinin istismar vəziyyəti, mühafizə zonaları, elektrik enerjisinin keyfiyyəti, qaz təchizatında fasilələr, küçə işıqlandırılması, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin mövcud normativ-hüquqi aktlara uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Gəncə, Göygöl, Şəki şəhərləri və Abşeron, Samux, Goranboy rayonlarından olan 34 vətəndaş iştirak edib.

Son xəbərlər

Bütün Xəbər Lenti