Elmir Musayev: "SOCAR Green" müxtəlif layihələrlə bağlı araşdırma işləri aparır"

Energetika
  • 30 sentyabr, 2025
  • 15:39
Elmir Musayev: SOCAR Green müxtəlif layihələrlə bağlı araşdırma işləri aparır
Elmir Musayev

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan "SOCAR Green" şirkəti müxtəlif layihələrlə bağlı araşdırma işləri aparır.

"Report" xəbər verir ki, bunu şirkətin direktoru Elmir Musayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) ikinci günündə deyib.

Onun sözlərinə görə, "SOCAR Green" artıq 1,7 qiqavat gücündə bərpa olunan enerji portfelinə sahibdir.

O əlavə edib ki, "SOCAR Green"in ilkin mandatı SOCAR-ın karbon emissiyalarının azaldılması səylərini dəstəkləmək və eyni zamanda Azərbaycanın enerji keçid təşəbbüslərinə töhfə verməkdən ibarət idi: "Fəaliyyətlərimizi yalnız SOCAR-ın dekarbonizasiyası ilə məhdudlaşdırmır, həmçinin digər çətin sənaye sahələrində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edirik. Azərbaycanda çoxsaylı şirkətlərlə işləyərək fəaliyyətimizi yalnız ölkə sərhədləri ilə məhdudlaşdırmaq istəmirik".

Son xəbərlər

Bütün Xəbər Lenti