BP metan sahəsində yeni başlayan şirkətlərə dəstək verə bilər
- 30 sentyabr, 2025
- 17:28

BP metan sahəsində uzun müddətli təcrübəyə malik şirkət olaraq, yolun əvvəlində olan digər şirkətlərə və milli neft şirkətlərinə dəstək verə bilər.
"Report" xəbər verir ki, bunu BP-nin metan qazı üzrə meneceri Sonna Sattiamurti "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) 2-ci günündə bildirib.
Onun sözlərinə görə, bu məqsədlə Dünya Bankı və digər beynəlxalq təşəbbüslərlə layihələr həyata keçirilir.
O qeyd edib ki, BP "Oil and Gas Climate Initiative" "Neft və Qaz İqlim Təşəbbüsü" təşkilatının (Oil and Gas Climate Initiative - OGCI) üzvüdür, lakin qərarlarını birbaşa bu qurumlara bağlı olaraq vermir: "Şirkət əsas qərarlarını dəyəri nəzərə alaraq verir və müxtəlif təşəbbüsləri üç istiqamətdə qiymətləndirir: "Birincisi, BP-nin əməliyyatlarına qoşulmaq və həmkar şirkətlər, yaxud beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdən gələn faydadır. OGCI-də 10-11 ildir ki, bençmark və təcrübə paylaşımı aparılır".
BP nümayəndəsi bildirib ki, ikincisi, şirkətin qeyri-işlədiyi ortaq müəssisələrdə performansı artırmağa kömək edə biləcək təşəbbüslərlə bağlıdır: "Bu sahədə Neft və Qaz Metan Tərəfdaşlığı (OMP) kimi təşəbbüslər əhəmiyyətli rol oynayır və tərəfdaşlarla əməkdaşlıq üçün faydalıdır".