EIA Azərbaycanda neft hasilatı üzrə 2025-ci il proqnozunu dəyişməyib

Energetika
  • 08 oktyabr, 2025
  • 09:38
EIA Azərbaycanda neft hasilatı üzrə 2025-ci il proqnozunu dəyişməyib

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) Azərbaycanda maye karbohidrogen hasilatı ilə bağlı 2025-ci il proqnozunu sabit saxlayıb.

Bu barədə "Report" EIA-nın aylıq icmalına istinadən xəbər verir.

EIA-nın proqnozuna əsasən, cari ildə Azərbaycanda neft (kondensat birlikdə) hasilatı gündəlik 570 min barel təşkil edəcək ki, bu da sentyabr proqnozuna uyğundur.

O cümlədən gündəlik faktiki hasilat I rübdə 570 min barel, II rübdə 570 min barel təşkil edib, III və IV rüblərdə isə hər biri üzrə 560 min barel səviyyəsində (sentyabr proqnozu - hər biri üzrə gündəlik 560 min barel) proqnozlaşdırılır.

Bildirilib ki, 2024-cü ildə ölkədə maye karbohidrogen hasilatı gündəlik 600 min barel təşkil edib. I rübdə bu göstərici gündəlik 600 min barel, II və III rüblərdə - hər biri üzrə gündəlik 590 min barel, IV rübdə isə gündəlik 600 min barel səviyyəsində olub.

Son xəbərlər

Bütün Xəbər Lenti