Limassolda Avropa birinciliyi: Azərbaycan karateçiləri 6 medal qazanıb

Komanda
  • 08 fevral, 2026
  • 21:07
Limassolda Avropa birinciliyi: Azərbaycan karateçiləri 6 medal qazanıb

Kiprin Limassol şəhərində yeniyetmə və gənclər arasında karate üzrə Avropa birinciliyi keçirilib.

"Report" xəbər verir ki, nüfuzlu turnirdə 50-yə yaxın ölkədən təxminən 1500 idmançı iştirak edib.

Azərbaycan Karate Federasiyası yarışda 27 idmançı ilə təmsil olunub. Milli komandamız Avropa birinciliyində 6 medal qazanıb.

Yarışın ilk günlərində Azərbaycan karateçiləri 4 bürünc medal əldə ediblər. Belə ki, Salman Salmanov kata növündə, Cansu Əhmədzadə (66 kq), Rəvan Abasov (61 kq) və Aslan Dostuyev (60 kq) isə gənclər arasında üçüncü yeri tutublar.

Fevralın 8-də keçirilən final görüşlərində isə Azərbaycan komandası medal hesabını daha da artırıb. Ələddin Məlikov 68 kq) gənclər arasında qızıl, Vüsal Qənbərov (55 kq) gümüş medal əldə edib.

Beləliklə, Limassolda keçirilən Avropa birinciliyində Azərbaycan karateçiləri 1 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medal qazanıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti