BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 19 %-dən çox azalıb

Energetika
  • 12 sentyabr, 2025
  • 12:25
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 19 %-dən çox azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 24 milyon 566,5 min ton neft nəql edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin ilk 8 ayının göstəricisinə nisbətən 4,8 % azdır.

Ötən dövr ərzində nəqletmənin 74,7 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu kəmər vasitəsilə yanvar-avqust aylarında 18 milyon 356,5 min ton neft ötürülüb. Bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə 5,3 % azdır.

Hesabat dövründə BTC kəməri ilə nəql edilmiş neftin 84,3 %-ini və ya 15 milyon 469 min tonunu Azərbaycanda hasil edilən neft, 15,7 %-ini və ya 2 milyon 887,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 2,1 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 19,4 % azalıb.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti