BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 13%-dən çox azalıb
Energetika
- 19 may, 2021
- 13:50
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 11 mln 903,8 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 76,1%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Bu ilin ilk rübündə neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin müvafiq dövründən 7,2% az olub.
Bu ilin yanvar-aprel ayları ərzində BTC vasitəsilə 9 mln 062 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq ayları ilə müqayisədə 11,9% azdır.
Dövr ərzində BTC kəməri ilə 1 mln 289,1 min ton tranzit nefti də nəql edilib ki, bu da 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 13,3% azdır.
Son xəbərlər
21:40
Foto
Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar
Daxili siyasət21:39
Göygöldə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə21:36
Rəşad Sadıqov: "Sumqayıt"la matçda top fərqi daha böyük ola bilərdi"
Futbol21:31
Pxuket sahillərində təhlükəli maddə daşıyan gəmi batıb
Digər ölkələr21:10
"Sumqayıt"ın baş məşqçisi: "Müdafiədə etdiyimiz dəyişikliklərin nəticəyə təsiri olmadı"
Futbol21:07
Foto
Limassolda Avropa birinciliyi: Azərbaycan karateçiləri 6 medal qazanıb
Komanda21:01
Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar
Elm və təhsil20:42
Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də gümüş medal qazanıb - YENİLƏNİB
Fərdi20:36