BTC ilə neft ixracının həcmi fevralda 3 % azalıb
Energetika
- 14 aprel, 2025
- 17:21
Bu ilin fevral ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri ilə gündəlik neft ixracının həcmi orta hesabla 588 min barel olub.
“Report” xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında qeyd olunub.
“Yanvar ayı ilə müqayisədə fevralda BTC ilə ixracın həcmi 3 % və ya 21 min barel azalaraq gündəlik 588 min barel təşkil edib”, - hesabatda bildirilib.
2024-cü ilin fevral ayı ilə müqayisədə bu ilin müvafiq dövründə BTC ilə nəqlin həcmi sutkada 5 % və yaxud 30 min barel azalıb.
Xatırladaq ki, BTC 2006-cı ilin iyulun 13-də istismara verilib. Onun uzunluğu 1 768 km-dir: 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən və 1 076 km Türkiyə ərazisindən keçir.
Son xəbərlər
13:38
Hörmüz boğazında razılaşdırılmamış marşrutla hərəkət edən gəmi saya oturub
Region13:31
"Liverpul" Jeremi Jake ilə müqavilə imzalayıb
Futbol13:30
Qazaxıstan Qurultayına seçkilər avqustun 23-də keçiriləcək
Region13:26
Foto
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlanıb
Daxili siyasət13:21
Foto
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Yarməmməd Nuriyev Xaçmazda dəfn olunub
Daxili siyasət13:15
Azərbaycanın sumo millisi Bakıda keçiriləcək dünya çempionatına məxfilik rejimində hazırlaşır
Fərdi13:12
Mirziyoyev Gürcüstana dövlət səfəri edəcək
Region13:10
Azərbaycanda son altı ildə elektron satınalmaların sayı 4 dəfədən çox artıb
Maliyyə13:08