Mirziyoyev Gürcüstana dövlət səfəri edəcək

Region
  • 01 iyul, 2026
  • 13:12
Mirziyoyev Gürcüstana dövlət səfəri edəcək
Şavkat Mirziyoyev

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-3-də Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin dəvəti ilə bu ölkəyə dövlət səfəri edəcək.

Bu barədə "Report" Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Səfər çərçivəsində Mirziyoyev Gürcüstan Prezidenti Mixail Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə danışıqlar aparacaq.

"Gündəliyə Özbəkistan-Gürcüstan dostluq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri daxil edilib. Siyasi dialoqun möhkəmləndirilməsi, parlamentlərarası və regionlararası əlaqələrin inkişafı, ticari-iqtisadi əməkdaşlığın artırılması və mədəni-humanitar mübadilələrin fəallaşdırılmasının praktiki aspektləri nəzərdən keçiriləcək", - məlumatda bildirilib.

Eyni zamanda əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.