BP: Xəzərdə seysmik tədqiqatlar zamanı suitilərinin qorunması üçün xüsusi ekoloji nəzarət tədbirləri planlaşdırılır

Energetika
  • 07 noyabr, 2025
  • 15:36
BP: Xəzərdə seysmik tədqiqatlar zamanı suitilərinin qorunması üçün xüsusi ekoloji nəzarət tədbirləri planlaşdırılır

Xəzər dənizində həyata keçiriləcək seysmik tədqiqatlar zamanı suitilərin qorunması məqsədilə xüsusi ekoloji nəzarət tədbirləri planlaşdırılır.

"Report" xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin nümayəndəsi Ülviyyə Seyidməmmədova "Qarabağ" layihəsi çərçivəsində seysmik tədqiqat proqramına dair Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin müzakirəsi məqsədilə keçirilən onlayn görüş zamanı bildirib.

Onun sözlərinə görə, şirkət seysmik fəaliyyətini dəniz məməlilərinin, xüsusilə də nəsli kəsilməkdə olan Xəzər suitilərinin davranışına mənfi təsirini minimuma endirmək niyyətindədir.

"Bu məqsədlə səs təsirlərinin azaldılmasına yönəlik texniki və operativ mexanizmlər tətbiq ediləcək. Tədqiqatlar suitilərin köç və yemlənmə dövrləri nəzərə alınmaqla həyata keçiriləcək ətraf mühitə təsirin azaldılması üçün xüsusi monitorinq sistemi qurulacaq, dəniz məməlilərinin davranışına dair müşahidələr aparılacaq və ehtiyac yaranarsa, işlər müvəqqəti dayandırılacaq".

Ü. Seyidməmmədova bildirib ki, Xəzər suitisi Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) Qırmızı Siyahısında və Azərbaycanın "Qırmızı kitabı"nda "nəsli kəsilmə təhlükəsi olan" növlər sırasında yer alır.

"Həyata keçirilən bütün tədqiqat mərhələlərində bu növün mühafizəsi prioritet istiqamət kimi saxlanılacaq", - o bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti