Bəxtiyar Aslanbəyli: "Şəfəq-Asiman" yatağında kəşfiyyatın növbəti mərhələsinə hazırlaşırıq"

Energetika
  • 17 noyabr, 2025
  • 16:55
Bəxtiyar Aslanbəyli: Şəfəq-Asiman yatağında kəşfiyyatın növbəti mərhələsinə hazırlaşırıq

BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" qaz yatağında növbəti mərhələdə kəşfiyyat işlərini davam etdirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda layihə üzrə planlama mərhələsi aparılır:

"Biz kəşfiyyat işlərinin hansı qazma qurğusu ilə həyata keçiriləcəyini və bunun digər layihələrlə əlaqələndirilməsini qiymətləndiririk. Qazma qurğusu digər layihə üzrə işlərdən azad olunduqdan sonra "Şəfəq-Asiman" yatağında istifadə ediləcək".

Xatırladaq ki, bu ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində BP, SOCAR və TPAO arasında TPAO-nun Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" dəniz blokuna dair hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulmasına imkan verən bir neçə saziş imzalanıb. Bu razılaşma layihənin daha da inkişaf etdirilməsi ilə bağlı ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun bundan sonrakı qiymətləndirilməsini sürətləndirməyə kömək edəcək.

Bu məqsədlə Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla əlavə qiymətləndirmə işləri həyata keçiriləcək. Bu fəaliyyətlərə imkan yaratmaq üçün HPBS-nin kəşfiyyat dövrü uzadılacaq. Razılaşma yekunlaşdıqdan sonra TPAO HPBS-də ümumilikdə 30 % iştirak payına sahib olacaq - bunun 15 %-i BP-dən, 15 %-i isə SOCAR-dan TPAO-ya veriləcək. Hazırda BP və SOCAR HPBS-də hər biri 50 % iştirak payına malikdir.

BP kəşfiyyat dövrü üçün HPBS-nin operatoru olaraq qalacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti