BEA bu ildə neftə tələbata dair proznozunu xeyli azaldıb
Energetika
- 16 mart, 2022
- 10:00
Beynəlxalq Enerji Agentliyi (BEA) 2022-ci ildə dünyadakı neftə gündəlik tələbatın artımına dair proqnozunu 1 milyon barelə yaxın azaldaraq 2,1 milyon barel səviyyəsində müəyyənləşdirib.
“Report” qurumun aylıq hesabatına əsasən xəbər verir ki, proqnozun dəyişdirilməsi dünya bazarında xammalın bahalaşması və Rusiyaya qarşı sanksiyalardan irəli gəlir. Bunların dünya iqtisadi artımını xeyli azaldacağı qeyd olunur. Belə ki, dünyada neftə tələbatla bağlı 2022-ci ilin ikinci-dördüncü rüblər üçün proqnozumuzu 1,3 milyon barel azaltdıq. Nəticədə 2022-ci ildə tələbatın ümumi artımı orta hesabla 950 min barel azalacaq.
Beləliklə, bu ildə dünyada neftə gündəlik tələbatın 2,1 milyon barel artaraq 99,7 milyon barelə çatacağı gözlənilir.
Son xəbərlər
19:38
Yas mərasimində zəhərlənənlərin vəziyyəti açıqlanıb - YENİLƏNİB
Hadisə19:24
Nigeriyada silahlı hücum zamanı 10 nəfər həlak olub
Digər ölkələr18:45
Türkiyədə meşə yanğınları ilə mübarizə vasitələrinin sayı açıqlanıb
Region18:26
Müctəba Xamenei ABŞ və İsraili hədələyib
Region18:13
Ruslan Lunev növbəti dəfə qızıl medal qazanıb
Fərdi17:52
Foto
IV Şuşa Qlobal Media Forumunun iştirakçılarının Qarabağa səfəri başlayıb
Media17:50
Almaniya Ukraynaya 50 min zərbə PUA-sının tədarükünü maliyyələşdirəcək
Digər ölkələr17:46
Samur-Abşeron kanalında yeniyetmə batıb
Hadisə17:44
Foto