"Azəriqaz": Ağdərənin Vəngli kəndində qaz xətləri 300 evi əhatə edəcək
- 19 dekabr, 2025
- 13:38
Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi işğaldan azad olunmuş Ağdərə rayonunun Vəngli kəndində qazlaşdırma işlərini davam etdirir.
"Report"un Ağdərə şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin iş icraçısı Ələddin Aşıralıyev "Azəriqaz" tərəfindən təşkil olunmuş mediatur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, kənd ərazisində nəzərdə tutulan 15 min poqonmetr qaz xəttinin artıq 12 min poqonmetri çəkilib:
"Eyni zamanda 130 fərdi yaşayış evinə qaz sayğacları quraşdırılıb və mavi yanacaqla təmin edilib. İlin sonunadək daha 26 evin təbii qazla təmin olunması planlaşdırılır. Müxtəlif diametrli borularla çəkilən qaz xətləri ümumilikdə 300 ev üçün nəzərdə tutulub".