Kurban Berdıyev: "Zədəlilərin olması səbəbindən bəzi futbolçular öz mövqelərində oynamadı"
- 19 dekabr, 2025
- 16:41
Zədəlilərin olması səbəbindən "Turan Tovuz"un bəzi futbolçuları Misli Premyer Liqasının XVI turunda "Kəpəz"lə matçda öz mövqelərində oynamayıblar.
"Report" xəbər verir ki, bunu Tovuz klubunun baş məşqçisi Kurban Berdiyev görüşdən sonra mətbuat konfransında deyib.
O, "Kəpəz"lə matçda vacib qələbə qazandıqlarını söyləyib:
"İlin sonuncu və vacib oyunu idi. Uşaqlar bu məsuliyyəti dərk edirdilər. Zədəlilərin olması səbəbindən bəzi oyunçular öz mövqelərində oynamırdılar. Vacib qələbə münasibəti ilə futbolçuları təbrik etdim".
Qeyd edək ki, Yevlax şəhər stadionunda baş tutan "Kəpəz" - "Turan Tovuz" matçı qonalqların 2:0 hesablı qələbəsi ilə bitib. "Turan Tovuz" hazırda 27 xalla 4-cü yerdə qərarlaşıb. Hesabında 9 xal olan "Kəpəz" 12 komandanın sıralamasında onuncudur.