Azərbaycanın ixrac etdiyi xam neftin dəyəri 35% artıb
Energetika
- 12 iyun, 2017
- 06:06
Bakı. 12 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycandan 8,073 mln. ton həcmində xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda xam neftin dəyəri 3,230 mlrd. ABŞ dolları təşkil edib.
Bu ilin beş ayı ərzində ixrac olunan xam neftin miqdarı ötən ilin müvafiq dövrünə nisbətən 9,5% azalıb, dəyəri isə 35% artıb.
Yanvar-may ayları ərzində xam neft Azərbaycanın ümumi ixracının 72,59%-ni təşkil edib.
Qeyd edək ki, beş ayda Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 7,267 mlrd. dollar olub. Bu məbləğin 2,817 mlrd. dolları idxalın, 4,450 mlrd. dolları ixracın payına düşüb.
Son xəbərlər
15:47
Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb, 19 nəfər xəsarət alıb
Region15:35
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 900-ə çatıb
Digər ölkələr15:21
Ukrayna ordusu Qara dənizdə Rusiyanın iki tankerini vurub
Digər ölkələr15:09
İAET ABŞ-nin "Darkhovin" AES-ə hücumunu pisləyib
Region15:03
FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb
Futbol14:48
Foto
Video
İsmayıllıda yol qəzasında ölənlərdən ikisinin şəxsiyyəti məlum olub – YENİLƏNİB-2
Hadisə14:41
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Şimali Kiprə səfər edib
Region14:16
Qarabağ kanalında 1 nəfər batıb
Hadisə14:10