Azərbaycanın I yarımildə magistral neft kəmərlərinin fəaliyyətindən gəlirləri açıqlanıb
Energetika
- 25 avqust, 2025
- 17:03

Azərbaycan bu ilin yanvar-iyun aylarında magistral neft kəmərlərinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin fəaliyyətindən 523,48 milyon manat gəlir əldə edib.
Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 % azdır.
Statistik məlumatlara görə, hesabat dövründə magistral neft kəmərləri şəbəkəsində itkilər 4,5 % artaraq ötən ilin eyni dövründə qeydə alınmış 2,2 min tona qarşı 2,3 min ton təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında magistral neft kəmərləri ilə 18,513 milyon ton neft nəql edilib, bu isə 2024-cü ilin müvafiq dövrünün göstəricisindən 3,8 % azdır. Nəqlin təxminən 75,2 %-i Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə həyata keçirilib.
Son xəbərlər
21:37
Netanyahunun ofisi Misir XİN-in bəyanatına cavab verib
Digər21:30
DÇ-2026: İslandiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
Futbol21:20
CAR hökuməti "Formula 1" Qran Prisinə ev sahibliyi etmək təklifini dəstəkləyib
Formula 121:00
Peter Siyarto: "MOL 2026-cı ildə Azərbaycanın ən böyük yataqlarından birindən qaz hasilatına başlamağa hazırlaşır"
Energetika20:57
Video
Səfir: Sabahdan Bakı-Tehran-Bakı aviareysi bərpa olunur
İnfrastruktur20:50
Foto
Video
Bakı Dairəvi yolda avtoqəza olub, sıxlıq yaranıb
Hadisə20:35
Fernandu Santuş milli üzvünün adını protokoldan çıxarıb
Futbol20:34
Zelenski: Ukrayna Slovakiyanı enerji ilə təmin etməyə hazırdır
Digər ölkələr20:22
Foto