Azərbaycanın 6 ayda neft idxal etdiyi ölkələr açıqlanıb

Energetika
  • 26 avqust, 2025
  • 11:36
Azərbaycanın 6 ayda neft idxal etdiyi ölkələr açıqlanıb

Azərbaycan bu ilin yanvar-iyun aylarında 350 milyon 852,12 min ABŞ dolları dəyərində 727 min 662,28 ton neft idxal edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 36,8 %, kəmiyyət ifadəsində isə 25,9 % azalıb.

Neftin əsas həcmi (94,2 %) Rusiyadan idxal edilib. Bu ölkədən 328 milyon 148,11 min ABŞ dolları (-31,3 %) dəyərində 685 min 728,31 ton (-19,8 %) neft tədarük edilib.

Hesabat dövründə Azərbaycan, həmçinin Qazaxıstandan 22 milyon 651,64 min ABŞ dolları (-0,8 %) dəyərində 41 min 792,43 ton (+20,8 %) neft idxal edib. İraqdan isə 52,37 min ABŞ dolları dəyərində 141,54 ton neft (2024-cü ilin birinci yarısında tədarük həyata keçirilməyib) idxal edib.

Qeyd edək ki, Azərbaycan 2024-cü ildə 1,02 milyard ABŞ dolları (+5,3 %) dəyərində 1,869 milyon ton (+2,5 %) neft idxal edib.