Azərbaycanda karbamid istehsalı 3 %-ə yaxın artıb
Energetika
- 17 iyun, 2025
- 15:30
Bu ilin yanvar-may aylarında Azərbaycanda 255,9 min ton həcmində karbamid istehsal olunub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 2,7 % çoxdur.
İyunun 1-nə 16,7 min ton hazır məhsul qalığı yaranıb.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
Son xəbərlər
01:47
Fransada isti havadan 5,7 mindən çox artıq insan ölüb
Digər ölkələr01:30
ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərini aradan qaldıra bilər
Region01:02
NATO beş illik maliyyələşdirmə planını təsdiqləyib
Digər ölkələr00:27
ABŞ SEPAH-ın Hörmüz boğazına nəzarət iddiasını təkzib edib
Region00:08
Ukraynada azərbaycanəsilli məmur Kiyev vilayətinə rəhbər təyin olunub
Region23:51
Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib
Digər ölkələr23:44
Foto
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb
Hadisə23:26
İran ABŞ ilə münaqişənin regiondan kənara yayıla biləcəyini bildirib
Region23:10