Azərbaycan təbii qaz ixracını 14 % artırıb
Energetika
- 21 dekabr, 2020
- 10:45
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın xaricə qaz satışı 12 mlrd kubmetr təşkil edib.
Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 11 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 % çoxdur.
Bu ilin 11 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,1 % çox, yəni 10 mlrd kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 2 mlrd kubmetr olub.
Qeyd edək ki, Türkiyəyə təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə çatdırılır. Gürcüstana isə Bakı-Tbilisi-Ərzurum və Qazıməmməd-Qazax kəmərləri vasitəsilə nəql olunur.
Son xəbərlər
10:22
Azərbaycan Türkiyədən poladın idxalına çəkdiyi xərci 41 %-ə yaxın artırıb
Biznes10:21
Niderland yığması dünya çempionatlarında məğlubiyyətsizlik seriyasını 13 matça çatdırıb
Futbol10:21
Sumqayıtda Qurd dərəsi adlanan ərazidə ev yanıb
Hadisə10:11
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
Ekologiya10:01
Azərbaycanın 12 investisiya şirkətinin məcmu xalis mənfəəti 40 % azalıb
Maliyyə09:59
Azərbaycanın 12 investisiya şirkətinin məcmu aktivləri 27 %-ə yaxın azalıb
Maliyyə09:55
Pakistan Prezidenti ABŞ və İran arasındakı razılaşmanı alqışlayıb
Digər ölkələr09:38
Füzulidə avtomobil 67 yaşlı kişini vuraraq öldürüb
Hadisə09:37