Azərbaycan nefti ucuzlaşıb
Energetika
- 08 yanvar, 2022
- 06:07
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,36 ABŞ dolları, yaxud 0,42 % azalaraq 85,21 dollara düşüb.
Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.
Ötən gün “Brent” markalı neftin bir bareli 81,75 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25%-dir.
Son xəbərlər
23:09
Peruda güclü zəlzələ nəticəsində altı nəfər ölüb
Digər ölkələr23:06
DÇ-2026-nın final oyunu başlayıb
Futbol22:59
Messi və Lamin Yamal DÇ-2026-nın finalında yaş rekordu müəyyənləşdiriblər
Futbol22:42
Foto
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşib
Futbol22:30
İran daxili işlər naziri iyulun 20-də İslamabada səfər edəcək
Region22:25
Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının B Liqasının qalibi olub
Futbol22:17
İordaniya İrana etiraz notası təqdim edib
Digər ölkələr22:04
Anomal istilər Dunayda suyun səviyyəsini azaldıb
Digər ölkələr21:55