Azərbaycan nefti bahalaşmaqda davam edir

Energetika
  • 18 avqust, 2018
  • 07:45
Azərbaycan nefti bahalaşmaqda davam edir

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,84 dollar və yaxud 1,16% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 73,45 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.