Azərbaycan I yarımildə 208 milyon kubmetrdən artıq qaz idxal edib

Energetika
  • 20 avqust, 2025
  • 09:57
Azərbaycan I yarımildə 208 milyon kubmetrdən artıq qaz idxal edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycana bəyan edilmiş qaz idxalı 208 milyon 245,89 min kubmetr təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,3 % azdır.

Azərbaycana idxal olunan qazın dəyəri isə 29,6 % azalaraq 31 milyon 980,35 min ABŞ dolları təşkil edib.

Göstərilən həcmdə Türkmənistan qazının payı 28 milyon 50,61 min ABŞ dolları (-38,3 %) dəyərində 187 milyon 4,08 min kubmetr (-38,3 %) təşkil edib.

Bundan əlavə, hesabat dövründə Rusiyadan 3 milyon 929,73 min ABŞ dolları dəyərində 21 milyon 241,81 min kubmetr qaz tədarük edilib. Ötən ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana "mavi yanacaq" tədarük edilməyib.

2024-cü ildə Azərbaycana bəyan edilmiş qaz idxalı 86 milyon 988,38 min ABŞ dolları (-4,2 dəfə) dəyərində 546 milyon 819,58 min kubmetr (2023-cü illə müqayisədə 4,3 dəfə az) təşkil edib. İdxal Rusiya və Türkmənistandan həyata keçirilib.