Azərbaycan Braziliya ilə mədənçilik və mineral emalı sahələrində əməkdaşlıq edə bilər

Energetika
  • 04 sentyabr, 2025
  • 11:46
Azərbaycan Braziliya ilə mədənçilik və mineral emalı sahələrində əməkdaşlıq edə bilər

Azərbaycan Braziliya ilə enerji, mədənçilik, mineral emalı kimi sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edib.

Bu barədə "Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Müzakirələr nazir müavini Elnur Əliyevin Braziliyaya səfəri çərçivəsində bu ölkənin Mədənlər və Energetika Nazirliyinin neft, təbii qaz və bioyanacaq üzrə katibi Renato Dutra ilə keçirilən görüşdə aparılıb.

Görüşdə Azərbaycanın işgüzar mühiti, energetika sahəsində həyata keçirilən mühüm islahatlar və hədəflər, Azərbaycanın bir sıra ölkələrlə birgə tərəfdaş olduğu beynəlxalq investisiya alətləri barədə məlumat verilib, tərəfdaşlıq imkanları qeyd edilib.

Tərəflər iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi barədə razılıq əldə edib.