Azərbaycan avqustda "OPEC+" kvotasından gündəlik 94 min barel geri qalıb
Energetika
- 11 sentyabr, 2025
- 16:16
Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 457 min barel təşkil edib.
"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı iyul ayı ilə müqayisədə 4 min barel azdır.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, avqustda faktiki hasilat 94 min barel geriləyib.
Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 467 min barel, ikinci rübündə isə 462 min barel təşkil edib.
2024-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 482 min barel olub.
Son xəbərlər
20:57
Foto
Müəllimlər üçün süni intellekt əsaslı platforma yaradılıb
Elm və təhsil20:57
Premyer Liqa klubu heyətini yeni hücumçu ilə gücləndirib
Futbol20:51
Foto
Naxçıvan Ali Məclisinin İntizam komissiyasının rəhbərliyi seçilib
Daxili siyasət20:42
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
İKT20:20
Mirzoyan Bakı ilə İrəvan arasında sülh gündəliyini Avropa Şurasının rəsmisi ilə müzakirə edib
Xarici siyasət20:12
Foto
Ukrayna enerji sektorunu dəstəkləmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankından vəsait alacaq
Digər ölkələr20:05
Foto
Badminton üzrə "Azerbaijan International 2026" beynəlxalq turnirinə start verilib
Fərdi20:04
Foto
"SOCAR Energy Ukraine" Kiyev vilayətində sakinlərə dəstək nöqtələri yaradıb
Region19:30