Azərbaycan 9 ayda 17 milyon tona yaxın neft ixrac edib
- 16 oktyabr, 2025
- 11:07

Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 16 milyon 996 min 208,46 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Bu barədə "Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Azərbaycandan ixrac edilən xam neftin dəyəri 8 milyard 938 milyon 864,59 min ABŞ dolları təşkil edib.
İxrac edilən xam neftin həcmi 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,5 %, dəyəri isə 18,8 % azdır.
Ötən 9 ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 48,04 % olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 376 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 606 milyon ABŞ dolları ixracın, 16 milyard 769 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,3 % azalıb, idxal isə 14,5 % artıb.