ABŞ-də Azərbaycanın neft və qaz resurslarının beynəlxalq bazarlara çıxarılmasındakı rolu qiymətləndirilib
- 13 dekabr, 2025
- 10:12
Azərbaycan və ABŞ arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı istiqamətində məhsuldar müzakirələr aparılıb.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Müzakirələr P.Şahbazovun ABŞ-yə səfəri çərçivəsində Amerika Birləşmiş Ştatlarının energetika naziri Kris Rayt ilə görüşdə olub.
"Neft və qaz resurslarının beynəlxalq bazarlara çıxarılmasında Azərbaycanın rolu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Dəhlizlərinin inkişafı və əməkdaşlıq perspektivlərini dəyərləndirdik", - deyə nazir qeyd edib.
Amerika Birləşmiş Ştatlarının energetika naziri Kris Rayt ilə #enerjitərəfdaşlığı|mızın yeni mərhələdə inkişafı istiqamətində məhsuldar müzakirələr apardıq. #Neftqaz resurslarının beynəlxalq bazarlara çıxarılmasında #Azərbaycan|ın rolu, #CənubQazDəhlizi və… pic.twitter.com/KsDJKmjBJE
— Parviz Shahbazov (@ParvizShahbazov) December 13, 2025