Penza vilayətində mazut daşıyan 14 sistern relsdən çıxıb - YENİLƏNİB

Region
  • 13 dekabr, 2025
  • 17:04
Penza vilayətində mazut daşıyan 14 sistern relsdən çıxıb - YENİLƏNİB

Penza vilayətində lokomotiv və yük qatarının toqquşmasından sonra dizel yanacağı və mazut daşıyan 14 dəmiryol sisternləri relsdən çıxıb.

"Report" xəbər verir ki, bu barədə "TASS"a hüquq-mühafizə orqanları məlumat verib.

Daha əvvəl Kuybışev dəmir yolu stansiyasından bildirilmişdi ki, Penza vilayətindəki Çais stansiyasında manevr işləri zamanı lokomotiv ilə yük qatarının toqquşması baş verib, bu da vaqonların relsdən çıxmasına səbəb olub. Məlumata görə, xəsarət alanlar yoxdur.

Yanacaq dağılmasının baş verib-vermədiyi məlum deyil.

Privoljski nəqliyyat prokurorluğu öz teleqram kanalında bildirib ki, nəticələrin aradan qaldırılması üçün üç bərpa qatarı göndərilib.

Rusiyanın Penza vilayətində lokomotiv və yük qatarının toqquşması nəticəsində bir neçə vaqon relsdən çıxıb, qəza səbəbindən sərnişin qatarlarında gecikmələr gözlənilir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Kuybyşev dəmir yolunun mətbuat xidməti məlumat yayıb.

"Kuybyşev dəmir yolunun Çais stansiyasında manevr işləri aparılarkən lokomotiv ilə yük qatarı arasında toqquşma baş verib. Nəticədə yük vaqonları relslərdən çıxıb", - məlumatda bildirilib.

Xəsarət alan olmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti