Son dörd ildə 761 min manata yaxın təhsil krediti vəsaiti bağışlanıb
Elm və təhsil
- 25 dekabr, 2025
- 10:45
Təhsil Tələbə Krediti Fondu 761 min manata yaxın təhsil krediti vəsaitini bağışlayıb.
"Report" xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik hesabat tədbirində çıxışı zamanı deyib.
B.Əzimov eyni zamanda götürülən kreditlərin geri ödəniş mərhələsində tətbiq olunan güzəştlərdən bəhs edib:
"Kreditlərin verilmə qaydasına əsasən, normativ təhsil müddətində akademik göstəriciləri yüksək olan məzunların kredit vəsaitlərinin müəyyən hissəsi dövlət tərəfindən bağışlanır. Bu baxımdan, ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan məzunlara 681 sosial kredit üzrə 50 %, 1 679 standart kredit müqaviləsi üzrə isə 25 % güzəştlər tətbiq olunub, ümumilikdə 761 min manata yaxın kredit vəsaiti bağışlanıb".
Son xəbərlər
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.01.2026)
Maliyyə09:02
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında yeni ilin ilk qarşılaşmaları keçiriləcək
Komanda08:55
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunub - YENİLƏNİB
İnfrastruktur08:53
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.01.2026)
Maliyyə08:52
"NBC News": ABŞ-nin Karakasda eşidilən atəş səsləri ilə heç bir əlaqəsi yoxdur
Digər ölkələr08:28
Tailand Kambocanı atəşkəsi pozmaqda ittiham edib
Digər ölkələr08:17
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:43
Kan: Netanyahu Putindən İsrailin İrana hücum etmək niyyətində olmadığını çatdırmağı xahiş edib
Digər ölkələr07:15