Rektor: Qarabağ Universitetini seçmək müəllimlər və tələbələr üçün böyük məsuliyyətdir

Elm və təhsil
  • 22 sentyabr, 2025
  • 13:14
Rektor: Qarabağ Universitetini seçmək müəllimlər və tələbələr üçün böyük məsuliyyətdir
Şahin Bayramov

Qarabağ Universitetini seçmək müəllimlər və tələbələr üçün böyük məsuliyyətdir.

Bunu "Report"un Xankəndiyə ezam edilmiş əməkdaşına açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.

Ş.Bayramov Qarabağ Universitetini yalnız ölkənin deyil, eyni zamanda regionun ən müasir universitetlərindən birinə çevriləcəyini bildirib:

"Bu il universitetimizə qəbul olan tələbələrlə görüşdə bu torpaqların azad olunması uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında mənəvi borcumuz olduğunu diqqətə çatdırdıq. Həmçinin dövlətimizin möhkəmlənməsi yolunda təhsildə uğur qazanmağın zəruriliyini qeyd etdik".

Rektor müəllim heyəti və tələbələrin rəhbəri olduğu universiteti seçmələrinin böyük məsuliyyət olduğunu vurğulayıb:

"Bu il universitetimizin klinikasının açılışı oldu. Həmin mərasimdə dövlət başçısının verdiyi tövsiyələrin müəllim heyəti və tələbələrin keyfiyyət inkişafına təkan verəcəyinə dərindən inanırıq".

Son xəbərlər

Bütün Xəbər Lenti