Müəllim olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır
Elm və təhsil
- 10 avqust, 2021
- 13:01

Avqustun 18-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsi həyata keçiriləcək.
Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Eyni zamanda müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün Azərbaycan və rus bölməsi üzrə müsahibə mövzuları hazırlanıb. Namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.
Son xəbərlər
21:55
Gürcüstan Daxili İşlər Nazirliyi etirazçıları Tbilisidə yolu boşaltmağa çağırıb
Digər ölkələr21:40
ABŞ-də minlərlə insan hökumətin siyasətinə etiraz olaraq küçələrə çıxıb
Digər ölkələr21:31
Netanyahu: "Rəfah" nəzarət-buraxılış məntəqəsi növbəti xəbərdarlığa qədər açılmayacaq
Digər ölkələr21:22
Foto
Naxçıvanda şəhid ailələri üçün tibbi aksiya təşkil olunub
Sağlamlıq21:19
"Taxtakörpü" su anbarında batan şəxsin meyiti çıxarılaraq təhvil verilib
Hadisə20:50
Avstriya Rusiyaya qarşı 19-cu sanksiyalar paketini dəstəkləyəcək
Digər ölkələr20:48
KİV: Misir Qəzzadakı beynəlxalq hərbi kontingentə rəhbərlik edəcək
Digər ölkələr20:47
Foto
Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti oyunlar keçirilib
Futbol20:35
Foto
Video