Məleykə Abbaszadə: Süni intellekt əmək bazarının reallığıdır

Elm və təhsil
  • 22 oktyabr, 2025
  • 14:35
Məleykə Abbaszadə: Süni intellekt əmək bazarının reallığıdır

Bu gün süni intellekt və avtomatlaşdırma texnologiyalarının sürətli inkişafı əmək bazarının reallığıdır.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "PeşəFest"in yekun tədbirində deyib.

Onun sözlərinə görə, hazırda bəzi peşələr yoxa çıxır, yeniləri yaranır:

"Bu baxımdan, özünüinkişaf və davamlı öyrənmə prosesləri vacib bacarıqdır. Real imkanlara əsaslanaraq bacarıqlara yiyələnmək əmək bazarında uğura yola açacaq".

DİM sədri həmçinin gənclərin maraq göstərmədiyi ixtisaslarda ciddi çatışmazlığın yarandığını da söyləyib:

"Gənclər nüfuzlu ixtisas əldə etmək istəyir. Bu gün prestij faydalı olmaq, problemləri həll etmək, işini bacarmaqdadır. Gənclər müasir çağırışları nəzərə alaraq özlərinə sual verməlidirlər".

Son xəbərlər

Bütün Xəbər Lenti