Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması üçün yeni modellər tətbiq olunacaq

Elm və təhsil
  • 12 sentyabr, 2025
  • 13:10
Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması üçün yeni modellər tətbiq olunacaq
Eşqi Bağırov

Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazananların orta yaşı 28-dir. 

"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunan tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, bu ilki müsabiqə nəticəsində 4 500-ə yaxın müəllim işə qəbul edilib:

"Müəllimlərimizin əksəriyyəti gənclərdir". 

E.Bağırov həmçinin qeyd edib ki, yeni tədris ilinin priotitet istiqamətləri müəyyən olunub:

"Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması üçün yeni modellər tətbiq olunacaq. Növbəti aydan özəl bağçalara qəbulla bağlı elanlar veriləcək".

Son xəbərlər

Bütün Xəbər Lenti